"Atletiko" niderlandlı ilə yollarını ayırdı

20:21 - 30 İyun 2024

Niderland millisinin hücumçusu Memfis Depay “Atletiko"dan ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi Mario Hermoso, Qabriel Paulista, Vitolo və Depayla yollarını ayırıb.

30 yaşlı futbolçu başa çatan mövsümdə "Atletiko"nun heyətində 31 matçda 9 qol vurub, 2 asist etmişdi.

Depayın adı daha çox "Beşiktaş"la hallanır.

Xəbər xətti