Albaniya yığmasının sabiq üzvü Bakı klubunda

10:39 - 1 İyul 2024

"Səbail" daha bir futbolçunun keçidini həll edib.

Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisi Albaniyanın U-19 yığmasının sabiq üzvü Amir Bilali ilə anlaşıb.

Karyerası ərzində “Çelye”, “Biliş”, “Rabotniçki”,”Teuta”, “Şkupi”, “Partizani”, “Mezokoveşd”, “Akjayik”, “Sutyeksa”, “Qostivar” kimi klublarda oynamış mərkəz müdafiəçisi “Səbail”də oynamağa razılıq verib.

Onunla bir illik müqavilə imzalanacağı gözlənilir.

Xəbər xətti