İspaniyanı 1/4 finala yüksəldən qələbə - VİDEO

11:13 - 1 İyul 2024

Avro-2024-də 1/8 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, İspaniya yığması Gürcüstanla qarşılaşıb. Matç Luis De La Fuentenin yetirmələrinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya millisi 1/4 finalda meydan sahibi Almaniya seçməsi ilə üz-üzə gələcək.

İspaniya - Gürcüstan 4:1

Qollar: Rodri, 39, Fabian Ruis, 51, Niko Uilyams, 75, Dani Olmo, 83 - Robin Le Normand, 18 (avtoqol)

Xəbər xətti