"Barselona" 250 milyon avroluq təklifi qəbul etmədi

19:54 - 29 İyun 2024

"Barselona"nın futbolçusu Lamin Yamal üçün fantastik təklif gəlib.

Sportal.az xəbər verir ki, PSJ ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Paris klubu 16 yaşlı oyunçu üçün 250 milyon avroluq təklif göndərib. "Barselona" maddi çətinliklər yaşamasına baxmayaraq, təklifi rədd edib. Kataloniya təmsilçisi gənc futbolçunun satılmadığını bildirib.

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm La Liqa nəhənginin heyətində meydana çıxdığı 53 rəsmi matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti