Azərbaycanlı futbolçu Albaniya çempionunun heyətində debüt etdi

15:56 - 29 İyun 2024

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" yeni mövsümün hazırlığı çərçivəsində yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, Albaniya çempionu Sloveniyanın "Maribor" klubu ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi yeni komandasında debüt edib.

Qeyd edək ki, Zamiq Əliyev "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb.

Xəbər xətti