Abdullah Zubir daha 3 il "Qarabağ"da - RƏSMİ

20:12 - 29 İyun 2024

"Qarabağ" müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni sözləşmənin şərtlərini razılaşdırıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi komandada 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub.

Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.


Xəbər xətti