Millimizin hücumçusunun Türkiyə klubuna transferi baş tutmadı

17:55 - 29 İyun 2024

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun yenidən Türkiyədə oynamaq ehtimalı olub.

Sportal.az xəbər verir ki, I Liqaya vəsiqə qazanan "Amedspor" 25 yaşlı forvardı transfer etmək istəyib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Türkiyə klubu Renatın müqavilə ilə məxsus olduğu "Qrasshopper"lə razılıq əldə edib. Lakin transfer son anda baş tutmayıb. Futbolçu ilə klub arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub.

Xəbər xətti