İngiltərədən İtaliyaya 10 milyon avroluq transfer

14:28 - 29 İyun 2024

İtaliyanın "Atalanta" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Everton"dan Ben Qodfreyi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Berqamolular 26 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 10+2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Everton" Ben Qodfreyi 2020-ci ilin oktyabr ayında "Norviç Siti"dən transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti