Azərbaycan idmançısı Xorvatiyada qızıl medal qazandı

16:52 - 29 İyun 2024

Azərbaycan Karate Federasiyasının idmançısı Rahib Əzim (+76 kq) Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Qeyd edək ki, komandamıza bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.

Xəbər xətti