"Qəbələ" müdafiəçi transfer etdi - FOTO

17:37 - 28 İyun 2024

"Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportal.az xəbər verir ki, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

"Qəbələ" Akademiyasının yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.


Xəbər xətti