Avro-2024: Türkiyənin oyununun hakimi bilindi

20:09 - 28 İyun 2024

Avro-2024-ün 1/8 final mərhələsinin Avstriya - Türkiyə görüşünün hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, oyunu Portuqaliyadan olan Artur Soares Diaş idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Portuqaliyalı referi Avropa çempionatında daha əvvəl Polşa - Niderland və Danimarka - İngiltərə matçlarında ədaləti qoruyub.

Qeyd edək ki, Avstriya - Türkiyə qarşılaşması 2 iyun tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti