Amerika kuboku: Braziliyadan inamlı qələbə - VİDEO

09:36 - 29 İyun 2024

Amerika Kubokunda D qrupunun növbəti görüşləri baş tutub. 

Sportal.az xəbər verir ki, ilk turda qələbə qazana bilməyən Braziliya millisi bu dəfə Paraqvayla qarşılaşıb. 

Matç braziliyalıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Kolumbiya Kosta-Rikaya qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.

Amerika Kuboku

D qrupu

Paraqvay – Braziliya 1:4
Qollar
: Vinisius Junior, 35, 45+5, Savio, 43, Paketa, 65 (p)

Xəbər xətti