"Beşiktaş" yarımmüdafiəçi ilə müqavilə imzaladı

20:30 - 28 İyun 2024

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Salih Uçanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Salih Uçan 2021-ci ilin yayından "Beşiktaş"da çıxış edir. Təcrübəli oyunçu ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti