"Qarabağ"ı Böyük Britaniyanın məşhur klubuna dəyişir - SON DƏQİQƏ

15:52 - 28 İyun 2024

"Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili yeni dəvət alıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, 25 yaşlı kiperə bu dəfə Şotlandiyadan təklif gəlib.

Üç il öncə avrokuboklarda "köhlən atlar"a rəqib olmuş "Aberden" gürcü "əlcək sahibi"nin qapısını döyüb.

Luka hazırda Almaniyadadır - ölkəsinin millisinin heyətində Avropa çempionatına aparılıb. O, qitə birinciliyindən sonra yeni klubunu müəyyənldəşdirəcək.

99 faiz ehtimalla, "Qarabağ"da qalmayacaq.

Böyük Britaniya təmsilçisi Azərbaycan çempionunun "Yagelloniya"dan (Polşa) heyətinə qatdığı və 2 illik müqaviləsi qüvvədə olan qapıçıya görə təzminat ödəyəcək.

Xəbər xətti