"Zirə"dən ayrılan futbolçu "Sumqayıt"da - FOTO

14:41 - 28 İyun 2024

2024/25 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, "kimyaçılar" son mövsümü "Zirə"də keçirən Rəhim Sadıxovla 2+1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illər arasında da "Sumqayıt"ın uğurları üçün çalışıb. 27 yaşlı yarımmüdafiəçi bu müddət ərzində bütün turnirlər daxil olmaqla 79 qarşılaşmada meydana çıxıb. O, bu oyunlarda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti