"Şerif"in avrokubok təcrübəsi böyükdür, amma biz də mərhələ keçə biləcəyimizə çox inanırıq"

11:17 - 28 İyun 2024

"Zirə"nin müdafiəçisi Fuad Bayramov Sportal.az saytına açıqlama verib.

O, Türkiyədə təlim-məşq toplanışında olan komandasının durumundan söz açıb: "Hər şey qaydasındadır, hazırlığımız yüksək səviyyədə gedir. Yeni sezona, avrokuboklara hazırlaşırıq. Yoxlama matçları da keçirmişik. Bu cür matçlarda əsasən komandanın fiziki və taktiki hazırlıqları ön plana çıxır. Şükürlər olsun ki, bu baxımdan hər şey yaxşıdır. Təbii ki, qələbə qazanmaq da istəyərdik. Ancaq dediyim kimi, əsas olan qeyd etdiyimiz detallardır".

Bayramov Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları "Şerif" barədə də danışıb. O, Moldova klubunu keçmək şanslarını dəyərləndirib: "Şerif" avrokuboklar təcrübəsi böyük olan komandadır. Amma buna baxmayaraq, özümüzü də "Şerif"dən zəif saymıram. Bizim də yaxşı komandamız var. Bu oyunlarda maksimumu etməyə çalışacağıq. Mən komandamızın gücünə, mübarizəsinə inanıram. Mərhələ adlayacağımıza əlbəttə ki, çox inanırıq. İlk oyunumuz səfərdədir. Həmin matçda gücümüzü ortaya qoyub istədiyimiz nəticəni qazanaraq, evdəki oyuna köklənəcəyik. "Şerif" yaxşı, tanınmış və avrokubok təcrübəsi yüksək olan komandadır. Lakin biz də bu komanda ilə oyunlarda uğurlu nəticəyə çox inanırıq. Hər şeyin bizim üçün yaxşı bitəcəyinə inanıram".

Xəbər xətti