"Neftçi" ilə anlaşan Qriqorçuku tanış məşqçi əvəzlədi

10:17 - 28 İyun 2024

Roman Qriqorçukun gedişindən sonra "Çernomorets" yeni baş məşqçi ilə anlaşıb.

Sportal.az xəbər verir ki, Odessa klubu Yuri Maksimovla müqavilə imzalayıb.

Bu barədə Odessa klubunun mətbuat xidməti məlumat yayıb.

Maksimov Azərbaycanda "Keşlə"ni (hazırkı “Şamaxı”) çalışdırmışdı.

Tərəflər 1+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümündə “Keşlə” ilə Azərbaycan Kubokunu qazanıb.

Xəbər xətti