"Neftçi" qapıçısı ilə yollarını ayırdı

11:49 - 28 İyun 2024

"Neftçi" Aqil Məmmədovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" 35 yaşlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Məmmədov 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.

Xəbər xətti