Bölgə klubunun yeni baş məşqçisi bəlli oldu

14:58 - 28 İyun 2024

I Liqada mübarizə aparan "İmişli"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu vəzifəyə Fərid Namazov təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fərid Namazov karyerası ərzində "Səbail", "Qarabağ"da məşqçi kimi işləyib, son olaraq isə Azərbaycan U-19 komandasında məşqçi kimi və eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi çalışıb.

Xəbər xətti