"Mançester Yunayted" "Barselona"nın müdafiəçisini transfer etməyi planlaşdırır

10:59 - 29 İyun 2024

Ronald Arauxo "Barselona"nı tərk edə bilər.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, uruqvaylı futbolçunun yeni sezona Almaniya və ya İngiltərədə başlamaq ehtimalı var.

Belə ki, "Bavariya" və "Mançester Yunayted" klubları Arauxo üçün təklif göndərib.

Lakin klubun prezidenti Xuan Laporta futbolçunu satmaq fikrində deyil. Amma "Bavariya" və ya "Mançester Yunayted"in təklifi yüksək olarsa, klub rəhbərliyi yekun qərarını dəyişə bilər.

25 yaşlı futbolçunun "Barselona" ilə iki illik müqavilə müddəti qüvvədədir. 

Xəbər xətti