"Turan-Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama millisi Amerika kubokunun 3-cü mərhələsində Boliviya yığmasına qalib gəlib (3:1).
Sportal.az xəbər verir ki, Millerin adı iştirak ərizəsində olsa da, meydana buraxılmayıb.
Onun komandası C qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib və burada D qrupunun ən yaxşı kollektivi ilə qarşılaşacaq.
Panamanın rəqibi Kolumbiya - Braziliya matçından sonra bəlli olacaq.
saytlarin hazirlanmasi