"Turan Tovuz"un yeni transferi Kristian Da Silva Braziliya mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, "Terra"ya açıqlamasında "Sabah"dan ayrılaraq Tovuz klubuna keçidini şərh edib:
"Turan-Tovuz"da oynamaq şansım yarandığı üçün çox şadam. Bu, mənim çox yaxşı tanıdığım klubdur. Son üç mövsüm Azərbaycanda oynamışam, ona görə də yeni kluba uyğunlaşma asan olacaq. Yeni klubum yaxşı struktura malikdir və orada yaxşı şərait yaradıb. Ümid edirəm ki, mənə olan ümidləri doğrulda biləcəm və bu mövsüm kluba kömək edəcəm. İndi mövsümöncəsi məşqlərə başlayırıq, qarşıda bizi yoldaşlıq oyunları gözləyir. Tətil zamanı məşq etdim və kollektivə yaxşı fiziki formada düşərgəyə qoşuldum. İndi komanda yoldaşlarımızla daha da yaxşı hazırlaşmağın vaxtıdır. Çalışacam ki, mövsümü gözəl keçirim və klubun qarşıya qoyduğu məqsədlərə çatım".
"Turan Tovuz" Kristianla 1+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi