"Turan Tovuz" "Kəpəz"i darmadağın etdi

19:32 - 10 İyul 2024

Yeni mövsümə hazırlaşan "Turan Tovuz" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib. Qəbələdə keçirilən qarşılaşma tovuzluların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Turan Tovuz" Qəbələ toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq matçında II Liqa təmsilçisi "Şəmkir"i 13:0 hesabı ilə məğlub edib.

Xəbər xətti