Panama millisinin müdafiəçisi Roderik Miller “Turan-Tovuz”u tərk etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu Avstraliyaya köçə bilər.
Bu barədə “Everardo Herrera” portalı xəbər yayıb.
Belə ki, təcrübəli futbolçuya Avstraliyanın “Vestern Sidney Uonderers” klubundan təklif gəlib.
Hazırda futbolçu təklifi götür-qoy edir.
Xatırladaq ki, Miller ötən ilin martında “Turan Tovuz”a keçmişdi.
saytlarin hazirlanmasi