"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib.
Bölgə klubunun aparıcı üzvü komandanın hazırlıq prosesindən və yeni baş məşqçisi Kurban Berdıyevdən danışıb:
"Çalışırıq ki, baş məşqçinin verdiyi tapşırıqlarını yerinə yetirək. Əsas məsələ budur. Ağır məşqlərimiz gedir. Bu da normaldır, çünki toplanış vaxtıdır. Kurban Berdıyev də hər oyunu, hər məşqi analiz edir, zəif-üstün cəhətlərimizi bizə göstərir, tapşırıqlarını verir. Yoxlama oyunları zamanı buraxdığımız səhvlər üzərində işləyib, ideal vəziyyətə gəlməliyik. Yeni baş məşqçimiz gəlib. Yeni oyun fəlsəfəsi var. Oyundan-oyuna ideal formaya gəlməyə, Kurban Berdıyevin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. İstədiyi taktikanı, istədiyi oyunu komandaya yeridir. Hər məşqdən, oyunlardan sonra analiz edir, başa düşmədiyimiz şeyləri bizə bildirir. Özü də hər dəfə deyir ki, suallarınız varsa, verin mənə. Başa düşmədiyimiz anları yenə bizə başa salır. Demək olar ki, hər gün iclaslarımız olur, hər futbolçu ilə şəxsən danışır. Deyir ki, başa düşmədiyin məqamlar varsa, bildirin yenə izah edim".
Əliyev, yeni sezon avrokuboklara vəsiqə qazanmaq istədiklərini bildirib: "Çalışacağıq layiqli mübarizə aparaq. Əsas odur ki, futbolçular ideal formaya gəlsin, liqada layiqli mübarizə aparaq. Qismət olarsa, avrokuboklara da gedərik. Biz futbolçu olaraq ideal formaya düşüb, komanda üçün ən yaxşısını edəcəyik ki, nəticələr də ən yaxşı olsun. Ümid edirəm ki, mövsümün sonunda Allah bizə avrokuboklara getməyi nəsib edər. Bizdən asılı olan hər şeyi maksimum yerinə yetirəcəyik".
saytlarin hazirlanmasi