Kurban Berdıyev "Turan Tovuz" üçün həmyerlilərini seçdi

09:51 - 16 İyul 2024

"Turan-Tovuz"un Türkiyədəki təlim-məşq toplanışında keçirəcəyi yoldaşlıq oyunları üçün rəqiblərindən biri müəyyənləşib. 

Sportal.az "Turkmenportal.com"a istinadən xəbər verir ki, Kurban Berdıyev "Turan Tovuz" üçün həmyerlilərini seçib. Belə ki, bölgə təmsilçisi Türkmənistanın "Merv" klubu ilə qarşılaşacaq. 

Matçın tarixi dəqiqləşdirilməyib. 

Xatırladaq ki, tovuzlular Qızılcaham vilayətində iyulun 26-da başa çatacaq təlim-məşq toplanışı keçirir. 
 

Xəbər xətti