"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə etdi

19:59 - 18 İyul 2024

Hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, son mövsümü Türkiyə Super Liqasında keçirən “Pendikspor”la oyun qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə daha iki hazırlıq matçı keçirəcək. Tovuzlular "Adana Demirspor" və "Kocaelispor"la qarşılaşacaq.

Xəbər xətti