"Turan Tovuz" İrandan müdafiəçi transfer etdi - RƏSMİ

16:15 - 22 İyul 2024

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçi Araş Qadiri ilə 2+1 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı iranlı futbolçu son olaraq “Traktor”un şərəfini qoruyub. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.

Xəbər xətti