"Kəpəz"dən ayrılan futbolçu "Turan Tovuz"a keçdi - RƏSMİ

20:11 - 22 İyul 2024

"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rüfət Əhmədovla 2+1 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin yetirməsi olan R. Əhmədov son mövsümü icarə əsasında “Kəpəz”də keçirib. Müdafiənin hər iki cinahında oyanayan 21 yaşlı futbolçu 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində 8 oyunda meydana çıxıb.


Xəbər xətti