"Turan Tovuz"la türklər arasında fikir ayrılığı yarandı, oyun ləğv edildi

17:31 - 25 İyul 2024

Bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” - “Kocaelispor” oyunu baş tutmayacaq.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən qarşılaşma ləğv olunub.

Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə iki hazırlıq matçı keçirib. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv "Pendikspor" (0:0) və "Adana Demirspor"la (3:3) heç-heçə edib.

Xəbər xətti