"Atletiko" Avropa çempionunu transfer etdi - RƏSMİ

14:16 - 27 İyul 2024

İspaniyanın "Atletiko" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Real Sosyedad"dan Robin Le Normndı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi yaxın günlərdə 27 yaşlı mərkəz müdafiəçisi üçün imza mərasimi təşkil edəcək.

Qeyd edək ki, "Real Sosyedad" Robin Le Normandı 2016-cı ilin yayında "Brest"dən transfer edib. Təcrübəli futbolçu İspaniya milli komandası ilə Avro-2024-ün qalibi olub.

Xəbər xətti