"Arsenal" İspaniya millisinin üzvü ilə maraqlanır

15:30 - 27 İyul 2024

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" Avropa çempionatında uğurlu performans sərgiləyən ispan futbolçunu heyətinə qatmağa çalışır. Bu barədə "Daily Express" nəşri məlumat yayıb.

London təmsilçisi 28 yaşlı dayaq yarımmüdafiəçisini satınalma bəndi ilə icarəyə götürmək istəyir.

Qeyd edək ki, PSJ 2022-ci ilin yayında "Napoli"dən transfer edib. İspaniya millisinin üzvü Avro-2024-də keçirdiyi 6 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti