"Turan Tovuz" - "Sumqayıt" matçının biletləri satışda

17:50 - 7 Avqust 2024

Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Qeyd edək ki, oyun 11 avqust tarixində, saat 18:45-də Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti