"Kurban Berdıyev futbol haqda çox şey bilir və bu, bizim üçün mühüm rol oynayacaq" - MÜSAHİBƏ

13:36 - 13 Avqust 2024

"Turan Tovuz"un müdafiəçisi Roderik Miller Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt”la görüşdə “Turan Tovuz” qələbə qazanmağı bacardı. Qarşılaşma sizin üçün necə alındı?

“Turan Tovuz” üçün əvvəldən çox ciddi oyun idi. Komanda bütün məsuliyyəti mükəmməl şəkildə öz üzərinə götürür. Qazanmaq üçün bir aclıq var və bu çox vacibdir. Şəxsən mən özümü yaxşı hiss edirdim. Amma daha yaxşı olacam. Amerika Kubokunun son oyunundan bəri oynamamışam. Amma böyük qələbə ilə başlaya bilmək yaxşıdır.

- İlk oyunda “Neftçi” ilə heç-heçə etdiniz. Bu dəfə qələbə qazandınız. Hansı matçda daha yaxşı oynadığınızı düşünürsünüz?

Çempionatın ilk oyunu olduğu aydındır. Komanda yeni başlamışdı. Bəzən bir çox narahatlıq və əsəb lur. Düşünürəm ki, səfər oyunu olduğu üçün “Neftçi” ilə oyunda xal çox vacib idi. Biz oyundan -oyuna inkişaf edəcəyik.

- İki turdan sonra dörd xalınız var. Yəqin ki, sizin üçün əla başlanğıcdır?

İki oyuna dörd xal qazanmaq şübhəsiz ki, əla başlanğıcdır. Davam etməliyik, futbolda ən çətin şey budur. Amma vacib olan komandaya daha çox güvən verməkdir. Biz bilirik ki, bu sadəcə başlanğıcdır və çempionatın nə qədər mürəkkəb olduğunu da yaxşı anlayırıq.

- Kurban Berdiyevin gəlişindən sonra “Turan Tovuz”da nə dəyişdi? Ötən mövsümkü komanda ilə indiki arasında nə fərq var?

Daha çox mütəşəkkil bir komandamız var. Biz komandanın hərəkətliliyi üzərində daha çox işləmişik, qüsurlarımızı öyrənmişik və bunun qarşısını ala bilmişik. Şübhəsiz ki, daha da yaxşı olmaq üçün daha çox təhlil etməyə davam edəcəyik.

- Kurban Berdıyevin oyun fəlsəfəsinə, oyun tərzinə öyrəşmisiniz?

Uyğunlaşma prosesi gedir. Kurban Berdıyev futbol haqda çox şey bilir və bu, bizim üçün mühüm rol oynayacaq. Diqqətimizi cəmləməli və tapşırıqlara əməl etməliyik.

- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsınız. Səfər oyunu olsa da, bu oyunu evdə keçirəcəksiniz. Matç haqda fikrin necədir?

Təbii ki, qalib gəlmək istəyirik. Amma meydanda oynamalı və hər şeyimizi verməliyik. Yenidən evdə azarkeşlərimizlə oynamaq yaxşı hiss olacaq.

- “Turan Tovuz” bu mövsüm avrokuboklar uğrunda mübarizə aparır? Bunu edə biləcəksiniz?

Bəli, bu məqsədimizdir. Amma artıq bunu qazandığımızı düşünmək çox tezdir. Yerimizi əldə etmək üçün addım-addım davam etməliyik. Düşünürəm ki, indi ən vacib şey diqqəti itirmədən prosesdən həzz almaqdır.

- Çin və Avstraliya daxil olmaqla, bir neçə klub səni istəyirdi. Komandada Kurban Berdıyevə görə qaldın?

Bu komandada qalaraq, Premyer Liqada mübarizə aparmaq ən yaxşı qərar idi. Buraya gəldiyim gündən “Turan Tovuz” məni öz evimdəki kimi hiss etdirirdi. Ümid edirəm ki, bunun qarşılığını verəcəyəm və bütün səylərimlə kluba hər sevinci qaytaracam.

Mirbağırağa
 

Xəbər xətti