"Bu dəfə Azərbaycan millisində yer almadım, amma inanıram ki, növbəti toplanışda düşərgədə olacam"

15:18 - 9 Sentyabr 2024

"Çempionatdakı bütün oyunlarda uğurlu nəticə qazanmaq istəyirik. Son turda "Turan Tovuz"la görüşdə təəssüf ki, bəxtsiz qol buraxdıq. Halbuki məğlubiyyətə layiq deyildik. Beş turdan sonra 4 xalla 8-ci pillədəyik. Amma məncə, daha çox xal toplaya bilərdik. Düzü, indiyə qədərt topladığımız xal bizə yaraşmır. Çünki oyun olaraq da, düzgün yoldayıq. Amma bunu nəticəyə çevirmək lazımdır. İnanıram ki, bunu da bacaracağıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in müdafiəçisi Mert Çelik deyib.

Paytaxt klubunun aparıcı üzvü komandasının Premyer Liqadakı çıxışını dəyərləndirib. "Neftçi"də oynayarkən milli komandamıza da dəvət edilmiş Çelik yenidən yığma komandada oynamaq istəyində olduğunu etiraf edib:

"Milli komandaların oyunlarına görə verilmiş fasilədən yaxşı istifadə edərək, səhvlərimizi düzəlməküçün çox çalışırıq. İnanıram ki, səhvlərimizi düzəldəcəyik. Çünki biz yaxşı komandayıq. Milli komandadan söz düşmüşkən, əlbəttə ki, millidən hər zaman dəvət gözləyirəm. Bu dəfə milli komandada yer almadım. Amma inanıram ki, növbəti toplanışda Azərbaycan millisinin düşərgəsində olacam. Yığma komandada oynamağı haqq etdiyimi göstərmək üçün çox çalışıram. Səbirlə çalışıb, vaxtımı gözləyəcəm".

"Səbail"in futbolçusu sonda Premyer Liqanın 6-cı turunda səfərdə qarşılaşacaqları "Qarabağ" barədə də danışıb: "Dediyim kimi, milli fasilədən yaxşı istifadə etməyə çalışırıq. İndi də hazırlaşırıq. "Qarabağ" oyununa tam konsentrasiya olmuş vəziyyətdəyik. Biz öz oyunumuzu oynayıb, qələbə qazanmaq üçün əlimizdən gələni edərək, yüksəlişə keçə bilərik".

Mirbağırağa

Xəbər xətti