"Turan Tovuz"un kapitanı: "Əsas odur ki, rəqibimizə yaxınlaşmağa imkan vermədik"

23:17 - 20 Sentyabr 2024

"Turan Tovuz"un müdafiəçisi Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib.

Bölgə klubunun kapitanı Misli Premyer Liqasının 6-cı turunun “Sabah”la (2:2) oyunu haqda danışıb.

Bununla yanaşı, Əliyev 7-ci turda qarşılaşacaqları “Araz-Naxçıvan” barədə isə bunları deyib:

"Sabah"la matçda qollar buraxdıqdan sonra da toparlana bildik. Real qol şanslarımız az deyildi. Epizodları vursaydıq, bəlkə üç xal qazanardıq.Hər halda, xalımızın üzərinə bir xal da gəldi. Əsas odur ki, rəqibimizə yaxınlaşmağa imkan vermədik. Qarşıdakı matçlarda xallar qazanmağa çalşacağıq. Son saniyədəki qol epizoduna gəldikdə,  videotəkrardan kadrda nəsə görmək olmur. Xətti keçib-keçmədiyini görmək mümkün deyil. Matçdan sonra yan xətt hakiminə yaxınlaşdım. Komanda olaraq onun qərarına hörmətlə yanaşdıq. Çünki həmin təkrarla nəsə demək mümkün olmur".

Komandanın kapitanı Misli Premyer Liqasının 7-ci turunda qarşılaşacaqları "Araz-Naxçıvan"la görüş barədə isə belə danışıb:

"Futboldur da, səhvlər də olur. Beş oyunda qol buraxmamışdıq. Amma bu o demək deyildi ki, qol buraxmayacağıq. Qol buraxsaq da, toparlandıq, qolları vurduq. Qələbə qolunu da vura bilərdik. Baş məşqçi də analizlərdə səhvlərimizi bizə deyir. "Araz-Naxçıvan"la oyuna da yaxşı hazırlaşmışıq. "Araz-Naxçıvan" çox yaxşı komandadır. Son oyunlarını görürük. Biz evdə oynayacağıq. Bir çox oyunlarına baxmışıq. Çempionatda ən yaxşı komandalardan biridir. Ağır oyun olacağı dəqiqdir. Azarkeşlərimizin dəstəyini görmək istəyirik. Biz də komanda kimi yaxşı mübarizə aparıb, uğurlu nəticə qazanmağa çalışacağıq".

Mirbağırağa

Xəbər xətti