"Turan Tovuz" Misli Premyer Liqasının 7-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi. Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim.
- Komanda bu məğlubiyyətdən hansı nəticələri çıxarmalıdır?
- Komada 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır.
- Millerə qarşı qayda pozuntusu olan epizodu necə şərh edərdiniz? Sizcə, orada qırmızı vərəqə vermək olardı?
- Mənim üçün nəsə demək çətindir. Hakim belə qərar verdi.
- Aleks Souza zədələnib. Hücumda sıxıntı hiss edirsiz?
- Sözsüz ki, Aleksin yoxluğu hiss olunurdu. O, yaradıcı hücumçudur. Amma futbol zədəsiz qaçılmazdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bir çox komponentdə bizi üstələdi.
Elçin Əlixan
saytlarin hazirlanmasi