Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Adana Demirspor" Maykl Valkanislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstraliyalı mütəxəssislə müqaviləyə qarşılıqlə razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Maykl Valkanis bu ilin iyul ayında "Adana Demirspor"un baş məşqçisi təin olunmuşdu. Komanda 50 yaşlı məşqçinin rəhbərliyi altında Super Liqada keçirdiyi 6 oyunda 1 heç-heçə edib, 5 dəfə isə məğlub olub. "Mavi şimşəklər" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi