Futbol üzrə Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Esenler Erokspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Renat Dadaşov zədəli olduğu üçün onun adı matçın protokoluna daxil edilməyib. U-19 millimizin üzvü Həsən İsə sona qədər ehtiyatda qalıb.
12 turdan sonra 19 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi