İsveçin "Elfsborq" klubu Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda "Qarabağ"la Burosda keçirəcəkləri oyuna hazırlıq planlarını müəyyən edib.
Sportal.az "Borås Tidning" portalına istinadən xəbər verir ki, İsveç çempionatı artıq başa çatıb və liqanı 7-ci pillədə başa vuran "Elfsborq" Ağdam təmsilçisi ilə vacib görüş öncəsi yoldaşlıq oyunu keçirməyə hazırlaşır. Belə ki, "Qarabağ"ın rəqibi “Hekken”lə görüşəcək. Həmin matç dekabrın 6-na planlaşdırılıb.
"Qarabağ”la oyundan sonra isə “Elfsborq”un futbolçuları istirahətə yollanacaq. İsveç klubunun baş məşqçisi Oskar Hillemark bu cür danışıb: “Avropa Liqasındakı hər görüşdən əvvəl bir yoxlama matçı keçirməyimiz çox xoşdur”.
“Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-də “Buros Arena” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Hazırda İsveç klubu 4 xalla ümumi cədvəlin 24-cü, ağdamlılar isə 3 xalla 29-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi