"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib.
Tovuz təmsilçisinin müdafiəçisi komandasının ilin son görüşündə "Neftçi" ilə bərabərə(1:1) qalmasını şərh edib: "Neftçi"yə qarşı oyunun çətin keçəcəyini bilirdik. Ona uyğun da oyuna hazırlaşmışdıq. "Neftçi"nin hazırkı turnir cədvəlindən çıxmaq istədiyini bilirdik. Ağır olacağını dərk edirdik. Birinci hissədə bir az zəif çıxış etdik, amma fasilədən sonra bütün üstünlük bizdə idi. Qələbə qolunu vura bilmədik. Çalışacağıq ki, fasilədən sonra qələbələr qazanaq. Bəli, mövsümün ilk hissəsini üçüncü pillədə başa vurduq. Amma bəlkə də xallarımızın sayı daha çox ola bilərdi. Elə oyunlarda lazımsız yerdə xallar itirdik ki. Bəlkə çox ola bilərdi xalımız. İli üçüncü pillədə bitirdik. Çalışacağıq ki, qışdan sonra daha yaxşı olaq, daha yaxşı çıxış edək".
O, qış fasiləsində mövsümün qalan hissəsinə yaxşı hazırlaşacaqlarını bildirib: "Hazırda əsas olan istirahət etməkdir. Yaxşı istirahət etməliyik ki, yaxşı toplanış keçək. Üçüncü dövrəyə daha yaxşı hazır olaq. Yeni futbolçular da gələcək, komanda daha da güclənəcək. Təbii ki, uğurlu nəticələrlə azarkeşlərimizi sevindirmək, həm də üst pillələrdə olmaq istəyirik".
saytlarin hazirlanmasi