İspaniya millisində təcili dəvət: "Barselona"nın müdafiəçisini "Latsio"nun futbolçusu əvəzlədi

14:49 - 21 Mart 2025

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Pau Kubarsini təcili əvəzləyəcəyini açıqlayıb.

Sportal.az xəbər verir ki, UEFA Millətlər Liqasının ilk 1/4 final mərhələsinin Niderlandla oyununda (2:2) "Barselona"nın 18 yaşlı mərkəz müdafiəçisi zədələnib.

Millinin çalışdırıcısı onun əvəzinə yığmaya “Latsio”nun üzvü Mario Gilaya təcili dəvət göndərib.

Artıq Gilanın millinin düşərgəsinə qoşulduğu bildirilir.

Mario 2022-ci ildə “Real”dan “Latsio”ya keçmişdi.

Xəbər xətti