"Qalatasaray" "Lill"in qolkiperi Lyuk Şevalyenin transferini həll edə bilmədiyi üçün başqa qapıçıya "elçi" düşüb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini istəyir.
Mövsümün sonunda türklər ukraynalı futbolçunun keçidini həll etməyi planlaşdırır. "Qalatasaray" ona Fernando Musleranın əvəzləyicisi kimi görür.
Ukrayna millisinin üzvü 2018-ci ildən "Real"ın qapısını qoruyur. Onun "Kral klubu" ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi