Bakı klubunun üzvü "Sabah"la matç barədə: "Mənə elə gəlir ki, hər oyunda qalib gələ bilərik"

13:22 - 17 Aprel 2025

"Sərhədçi" Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin 3-cü görüşündə ötən gün “Sumqayıt”a 96:94 hesabı ilə qalib gələrək pley-off-a vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, komandanın ən yaxşısı isə Antonio Uliyams oldu. O, 31 xal 14 xal ötürməsi və 12 ribaundla yadda qaldı. ABŞ-li basketbolçu komandanın çıxışı və qarşıdakı oyunlarla bağlı klubun mətbuat xidmətinə müsahibə verib. 

- Ötən gün “Sumqayıt”la pley-in mərhələsinin 3-cü matçında çətin qələbə qazandınız. Matçla bağlı fikirlərin necədir?

- Düşünürəm ki, 4 hissənin 3-də yaxşı oynadıq. Fikrimcə, matçın sonları daha gərgin idi. Biz isə sərtlik və birlik nümayiş etdirdik. Buna görə də qələbə qazana bildik. 

- Bu qalibiyyətin əsas motivasiya mənbəyi nə idi?

- İkinci matçı uduzmaq əslində bizə motivasiya oldu. Daha çox qələbə qazanmaq istəyi yarandı. Uduzmağı heç sevmirəm. 

- Elə həmin məğlubiyyətdən danışaq. İlk oyundakı inamlı qalibiyyətdən sonra həmin məğlubiyyət gözlənilməz idi...

- Düşünürəm ki, 1-ci oyunda o qədər xal fərqi ilə qalib gəldikdən sonra ikinci matçda rəqibi düzgün qiymətləndirmədik. Nəticədə məğlub olduq və rəqib həmin oyunda qələbəyə layiq idi. 

- Seriyanın 3 oyuna qədər uzanması növbəti görüşdə yorğunluq yarada bilər?

- Komandamız yorğun ola bilər, biz də oyunçu olaraq yorula bilərik. Amma növbəti seriyada qələbə üçün meydana çıxmalıyıq. Başqa yolumuz yoxdur. 

- Növbəti mərhələdəki rəqibi “Sabah”dır və sabah onlara qarşı ilk oyununuzu keçirəcəksiniz. Qələbə şansı nə qədərdir?

- Mənə elə gəlir ki, hər oyunda qalib gələ bilərik. Sadəcə olaraq, öz oyunumuzu göstərməliyik.

Xəbər xətti