"Araz-Naxçıvan"ın gücünü bilirik, finala çıxmaq üçün ən yaxşısını edəcəyik"

10:48 - 23 Aprel 2025

"Qarabağ"ın legioneri Leandro Andrade Sportal.az saytına açıqlama verib.

Ağdam klubunun vingeri “Neftçi” üzərindəki qələbədən danışıb, həmçinin “Araz-Naxçıvan”la kubok görüşündən bəhs edib:
 
“Neftçi” ilə görüşdə yaxşı oyun göstərdik. Təbii ki, qalib gəldiyimiz üçün şadam. Düzdür, daha çox qol şansımız oldu. Amma onları reallaşdırmaq alınmadı. Hər halda, qələbə qazandığımız üçün şadam.

Bizi qarşıda kubok matçı gözləyir. Ona hazırlaşmışıq. “Araz-Naxçıvan”la cavab matçında qələbə qazanmaq istəyirik. Təbii ki, kollektivdəki motivasiya da yerindədir. Birinci matçda səfərdə onlara məğlub olduq. “Araz-Naxçıvan”ın gücünü bilirik, həqiqətən güclü komandadır. Amma biz finala çıxmaq üçün cavab görüşündə ən yaxşısını edəcəyik. Çünki finala vəsiqə qazanmaq niyyətindəyik".

Xəbər xətti