Kurban Berdiyev : "2 xal itirdiyimizi düşünürəm"

21:37 - 28 Noyabr 2025

"Turan Tovuz" Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Təxmin etdiyimiz kimi ağır oyun oldu. Belə oyunlar qola qədər olur. Təəssüflər olsun ki, qol vura bilmədik. 2 xal itirdiyimizi düşünürəm. Amma "Neftçi"nin də haqqını vermək lazımdır. Onlar da yaxşı oynadılar.

- "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. Komandanızı oyuna necə hazırladız?

- Adətən belə komandalara qarşı oynamaq çətin olur. Çünki komanda belə hallarda daha istəkli oynayır. "Neftçi" də bu gün yaxşı oynadı.

- Ardıcıl 3-cü oyundur "Turan Tovuz" qələbə qazana bilmir. Bunun səbəbi nədir?

- Paltardəyişmə otağında uşaqlara dedim ki, 9 mümkün xaldan 6-sını itirdik. Yüksək səviyyədə olan rəqiblərlə oynamışıq. Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik.

Elçin Əlixan

Xəbər xətti