Kilian Mbappe futbol üzrə dünya çempionatlarında qazandığı nailiyyətlərdən danışıb.
Sportal.az xəbər verir ki, “Real”ın və Fransa millisinin hücumçusu öz açıqlamasında bunları qeyd edib:
"Mən həmişə rekordlar qırmaq və insanların adımı xatırlamasını istəmişəm. Amma düzünü desəm, 27 yaşımda dünya çempionatları tarixinin ən yaxşı bombardiri olacağımı gözləmirdim.
Dünya çempionatı böyük ulduzların, futbol tarixinin ən yaxşı oyunçularının mübarizə apardığı turnirdir. Mən heç qalib gəlməyi demirəm, sadəcə orada oynamağı belə arzulayırdım. İndi isə bu statusda olmaq əsl çılğınlıqdır. Xüsusilə də nəzərə alsaq ki, məndən əvvəl Lionel Messi var idi. Bu, tarixdir”.
Qeyd edək ki, Bu yay Kilian Mbappe dünya çempionatlarında vurduğu qolların sayını 22-yə çatdırıb. Dünya çempionatlarının ən yaxşı bombardirləri siyahısında ondan sonra Lionel Messi (21 qol) və Miroslav Kloze (16 qol) qərarlaşıblar.
saytlarin hazirlanmasi
