I Divizionda gürcü baş məşqçi FOTO

01:29 - 2 Avqust 2014

"Turan-T"nin çalışdırıcısı məlum oldu
 
Badri Kvaratsxeliya yenidən Azərbaycanda işləyəcək.
 
Sportal.az xəbər verir ki, gürcü məşqçi I Divizionda mübarizə aparan “Turan-T”nin baş məşqçisi təyin edilib. 49 yaşlı Bardi artıq komandanı məşqə də çıxardıb.

Kvaratsxeliya 1997/1998-ci illərdə “Kəpəz”in, 1998/2005-ci illərdə isə “Şəmki”rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı “Standard”ını, 2012/2013-cü illərdə isə “Qəbələ”ni çalışdırıb.

Xəbər xətti