Tovuz klubundan anlamlı jest
Dünən Tovuzun Bayramlı kəndində vətən uğrunda şəhid olmuş Mirsalam Cəfərov torpağa tapşırılıb.
Sportal.az xəbər verir ki, "Turan Tovuz" da bütün heyətlə vətənimizin qəhraman övladını son mənzilə yola salmaq üçün Bayramlı kəndinə yollanıb.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü gizir Cəfərov Mirsalam Təvəkkül oğlu son günlər cəbhədə gedən döyüşlərdə əsl qəhramanlıq nümünəsi göstərmiş, düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv etmiş, yaralı yoldaşlarını döyüş zonasından çıxarılmasında iştirak emiş və qanının son damlasına kimi Vətən uğrunda döyüşmüş və şəhidlik zirvəsinə ucalmışdır.
saytlarin hazirlanmasi