Bonuççi: "Niyə ayrılmalı olduğumu anlamıram"

19:32 - 6 Mart 2017

"Yuventus"un aparıcı futbolçularından olan Leonardo Bonuççi komandadan ayrılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliya millisinin üzvü Turin təmsilçisini tərk etmək niyyətində olmadığını bildirib. Təcrübəli müdafiəçi klubla müqaviləsinin olduğunu qeyd edib:

 

"Yuventus" üçün döyüşməyə davam edirəm. Heç nə dəyişməyib. Klubla 2021-ci ilə kimi müqaviləm var. Komanda üçün vacib oyunçu olduğumu hiss edirəm. Niyə ayrılmalı olduğumu anlamıram. "Yuventus"dan ayrılmaq istəsəydim, ötən ilin yayında gedərdim. Həmin vaxt mənə çoxsaylı təkliflər var idi”.

 

Qeyd edək ki, baş məşqçi Massimiliano Alleqri ilə aralarında problem olduğu üçün Bonuççinin "Yuventus"dan ayrılacağı deyilirdi.

Xəbər xətti